Prezident İlham Əliyev ATƏT PA-nın sessiyasının açılışında çıxış edib

17269
Prezident İlham Əliyev iyunun 28-də ATƏT PA-nın 23-cü sessiyasının açılış mərasimində çıxış edib.

O bildirib ki, Azərbaycan demokratik ölkədir, toplaşma, söz, İnternet azadlığına əməl olunur. Ölkə əhalisinin 70%-nin İnternetdən istifadə imkanları var.

Bununla yanaşı o, siyasi islahatların, ölkənin modernləşdirilməsinin davam etdiyini və bundan ötrü Azərbaycanın ATƏT ilə əməkdaşlığa hazır olduğunu deyib.

İ.Əliyevin fikrincə, siyasi vəziyyətin stabil olması gələcəyin planlaşdırılmasına və ölkənin modernləşdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verir.

Xarici siyasətə toxunan İ.Əliyev qlobal əsasda beynəlxalq hüquq normalarının təsdiqlənməsinə imkan verən mexanizmin hazırlanmasına tərəfdar olduğunu bildirib. O deyib ki, müasir dünyada beynəlxalq hüquq normalarının reallaşmasında seçici yanaşmalar mövcuddur. BMT TŞ-nin bəzi qətnamələri bir neçə saatın içində yerinə yetirilir, bəziləri isə Azərbaycanla bağlı olduğu kimi, 20 ildən artıqdır yerinə yetirilmir.

Azərbaycan bu cür vəziyyətdən əziyyət çəkir. Çünki 20 ildən çoxdur ki, ölkənin beynəlxalq aləm tərəfindən qəbul olunmuş əraziləri erməni işğalı altındadır. Ermənistan BMT TŞ-nin qətnamələrinə, ATƏT-in Lissabon sammitinin, AŞPA, Avropa Parlamentinin qərarlarına məhəl qoymur, ona məxsus olmayan əraziləri azad etmək istəmir.

İ.Əliyev ATƏT-in Minsk Qrupu həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya prezidentlərinin status-kvo-nun saxlanmasının məqbul olmaması barədə çoxsaylı bəyanatlarını göstərib.

Öz müqəddəratını təyinetmə prinsipinə gəlincə, bu, ərazi bütövlüyünə xələl gətirməməlidir.

Azərbaycanla Ermənistan arasında inam mexanizmlərinin yaradılmasına gəlincə, bu, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə başlamalıdır. O həmçinin diqqəti ölkənin iqtisadi nailiyyətlərinə, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəyə yönəldib.

ATƏT PA-nın rəhbəri, Çernoqoriya parlamentinin spikeri Ranko Krivokapiç diqqəti Ukraynada vəziyyətə yönəldib. “Ukraynada mənəvi və fiziki baxımdan hüquqlar pozulur. Bizim təşkilat bütün ölkələrin tam qarşılıqlı əməkdaşlığını təmin etməlidir. Əgər biz bunu etsək Ukraynada və dünyanın digər regionlarında faciələrin qarşısını ala bilərik. Hesab edirik ki, Rusiya Dövlət Duması və Ukrayna Ali Radası qarşılıqlı anlaşmaya nail olmalıdır”, – Krivokapiç vurğulayıb.

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan hər zaman Helsinki prinsiplərinin reallaşmasının tərəfdarı olub. O, ATƏT PA-nı bu prinsipləri pozduğuna və Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanı pisləməyə çağırıb.

ATƏT-in hazırki sədri, İsveçrə prezidenti Didye Burkhalter diqqəti Ukrayna hadisələrinə yönəldib. O, barışığın uzadılması barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun qərarını alqışlayıb. Hazırki sədr separatçılar tərəfindən girov götürülmüş 4 ATƏT müşahidəçisinin hələ buraxılmamasından narahatlığını bildirib.

“Bu, nizamlanma üzrə beynəlxalq səylərə əngəl törədir”, – o qeyd edib. ATƏT-in qarşısında duran vəzifələrə toxunan Burkhalter “Helsinki +40” prosesi çərçivəsində mexanizmlərin gələcək təkmilləşdirilməsinin və onların 21-ci əsrin tələblərinə və çağırışlarına uyğunlaşdırılmasının vacibiyini vurğulayıb.

366 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Prezident İlham Əliyev ATƏT PA-nın sessiyasının açılışında çıxış edib

28 Haziran 2014

By
@
backtotop